AZ

Tramp Silvestr Stalloneyə medal təqdim etdi VİDEO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp bir sıra məşhur artistə ifaçılıq sənətinin inkişafındakı görkəmli töhfələrinə görə Kennedi Mərkəzinin medalını təqdim edib.Bizim.Media bu barədə "PBS News Hour" telekanalına istinadən xəbər verir.

 

Ağ Evdə baş tutan mərasimdə mükafata "Kiss" rok-qrupu, aktyor Silvestr Stallone və müğənni Qloriya Qeynor layiq görülüblər. Britaniyalı aktyor Maykl Krouford və kantri müğənnisi Corc Streyt də laureat olublar.

ABŞ lideri Stalloneyə mükafatı təqdim edərkən deyib: "Dostum görkəmli insandır, həqiqətən böyük kino ulduzlarından biridir. Onların sayı indi azalıb".Tramp mükafatı təqdim edərkən müasir kinoda "əfsanə" adına layiq görüləcək az sayda aktyor olmasından şikayətlənib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
4
bizim.media

10Mənbələr