Məhəmməd Salah “Liverpuldakı durumu haqda danışıb.
Publika.az xəbər verir ki, Mo klub rəhbərliyinə özünə qarşı münasibətə görə tənqid edib.
Cinah oyunçusu “Lids” lə (3-3) oyunu ehtiyat oyunçular skamyasında keçirdi. O, əvvəlki iki oyunda da ehtiyatda qalmışdı.
“Bütün 90 dəqiqə ərzində ehtiyat oyunçular skamyasında olduğuma inana bilmədim. Bu, üçüncü dəfədir.
Mən çox məyus oldum. Bu illər ərzində, xüsusən də ötən mövsüm bu klub üçün çox şey etmişəm. İndi mənə elə gəlir ki, klub məni avtobusun altına atıb. Mən elə hiss edirəm.