AZ

Viktor Orban macarları müharibə ilə qorxudur

ain.az, Reyting.az saytına istinadən bildirir.

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, gələn il Macarıstanda keçiriləcək parlament seçkilərinin nəticəsi ölkənin Rusiya ilə müharibə edib-etməyəcəyini müəyyənləşdirəcək.Reyting.az xəbər verir ki, V. Orban bunu şənbə günü Macarıstanın Keçkemet şəhərində keçirilən tədbirdə deyib.“Əgər Brüsselin dəstəklədiyi hökumət formalaşsa, onlar bizi müharibəyə sürükləyəcəklər. Əgər milli hökumət olsa, hələ də bundan qaçmaq şansımız olacaq”, - deyə o əlavə edib.Baş nazirin iddiasına görə, Avropada artıq “müharibəyə getmək” barədə qərar verilib və “2030-cu ilə qədər buna hazır olmaq” istəyirlər (bu, çox güman ki, Avropa dövlətlərinin Rusiyanın 2030-cu ildə NATO-ya hücum etməyə hazır ola biləcəyi ilə bağlı proqnozlarına işarədir).Orban deyib ki, Avropa müharibənin dörd mərhələli eskalasiyasının son mərhələsindədir: diplomatik münasibətlərin kəsilməsi, iqtisadiyyatın hərbi rejimə keçirilməsi, orduya çağırışın bərpası və birbaşa qarşıdurmaya hazırlıq.E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
reyting.az

1Mənbələr