AZ

Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər

Con Hopkins Tibb Mərkəzinin alimləri maraqlı araşdırma aparıblar. Elm adamları müəyyən ediblər ki, siqareti qismən atmaq ürək-damar xəstəlikləri riskini demək olar ki azaltmır. Yalnız siqaretdən tamamilə imtina etmək bu istiqamətdə əhəmiyyətli faydalar gətirir.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri PLOS Medicine jurnalında dərc olunub.

Tədqiqat, təxminən 20 il ərzində aparılıb. Bu illər ərzində izlənilən 323.826 orta yaşlı insanlardan əldə edilən məlumatlar toplanılıb. Bu müddət ərzində 125.000-dən çox ölüm və 54.000 ürək-damar xəstəliyi hadisəsi qeydə alınıb. Tədqiqatçılar könüllülərin siqaret çəkmə tarixçəsini, gündə çəkilən siqaretlərin sayını və siqareti tərgitdikdən sonrakı dönəmləri "Cox" proporsional risklər modelindən istifadə edərək təhlil ediblər.

Tədqiqata qatılmış iştirakçıların orta yaşı təxminən 60 olub. Onların əksəriyyəti qadınlar imiş. Tədqiqata başlayanda 14% hazırda siqaret çəkən, 49% siqareti tərgitmiş və 36% heç vaxt tütün məhsullarından istifadə etməmiş şəxslər olub.

Təhlillər zamanı demoqrafik amillər, bədən kütlə indeksi, diabet, koronar ürək xəstəliyi və alkoqol istehlakı da nəzərə alınıb.
Nəticələr göstərib ki, gündə hətta bir neçə siqaret belə ürək-damar xəstəlikləri riskinin əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirilir.

Seçilən
102
5
publika.az

6Mənbələr