AZ

Rafael Fizievin növbəti rəqibi məlum oldu

BAKI, 7 dekabr. TELEQRAF

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziev UFC 325 turnirində növbəti döyüşünü fevral 1- də keçirəcək.

Teleqraf xəbər verir ki, onun rəqibi braziliyalı Maurisio Rufi olacaq.

Hazırda Fiziev yüngül çəkidə 9-cu, Rufi isə 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, son döyüşündə Fiziev (rekord 13-4) çilili İqnasio Bahamondesi məğlub edib, Rufi isə (12-2) fransalı Benua Sen-Deniyə erkən məğlub olub.

Seçilən
33
4
teleqraf.com

5Mənbələr