Yer kürəsindən Günəş bizə çox vaxt sarı və ya narıncı çalarda görünür.
Ekologiya.az xəbər verir ki, elm adamlarının araşdırmalarına görə, Günəşin həqiqi rəngi əslində ağdır.
Mütəxəssislər bildirirlər ki, Yer atmosferi qısa dalğalı şüaları, xüsusilə mavi və bənövşəyi işığı daha çox səpələdiyi üçün Günəşin Yerdən görünüşü istiləşmiş rəng tonuna keçir. Atmosfer bu şüaları udub səpələdikdə, bizə çatan işıq spektri dəyişir və Günəş sanki sarımtıl görünür.
Kosmosda isə vəziyyət tam fərqlidir. Atmosfer olmadığından bütün görünən dalğa uzunluqları qarışaraq saf ağ işıq yaradır. Məhz bunu da astronavtlar kosmik missiyalarda açıq formada müşahidə edirlər.
Beləliklə, günəşin gerçək rəngi sarı deyil, ağ ulduzdur.