Milyarder İlon Maskın Avropa Komissiyasının X-ı cərimələdikdən sonra Avropa İttifaqının dağılmalı olduğuna dair paylaşımı Rusiya Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedevin xoşuna gəlib.
Bakıvaxtı.az xəbər verir ki, o, Maskın paylaşımını işarə edərək "Düz deyirsən" şərhi ilə onu paylaşıb. Daha sonra Mask təxribat xarakterli bir sualla başqa bir mesaj paylaşıb: "Aİ-nin yox olmasına nə qədər vaxt qalıb?"
Polşa xarici işlər naziri Radoslav Sikorski isə amerikalı milyarderə cavab olaraq onu Marsa "göndərib": "Marsa get. Orada nasist salamlarına senzura yoxdur".