“Ayaks”ın hücumçusu Vaute Veqhorst “Qarabağ”la oyun ərəfəsində zədələnib.
Mssport.az xəbər verir ki, Amsterdam klubunun bombardiri Erediviziyanın 15-ci turunda “Fortuna” ilə matçda (3:1) zədə alıb.
Veqhorst oyunu davam etdirə bilmədiyindən əvəzlənib. Hələ ki futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu məlum deyil.
Xatırladaq ki, “Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da Tofiq Bəhramov adına stadionda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.