AZ

Sabah yağış yağacaq

Bakı. Trend:

Dekabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda vəAbşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysanxarakterli olacağı gözlənilir. Yarımadanın bəzi yerlərdəintensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərbküləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq.Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununaenəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağıgözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıqərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətəfasilə olacaq. Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərbküləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlardagecə 0-4° şaxta, gündüz 4-8° isti olacaq.

Seçilən
70
49
az.trend.az

10Mənbələr