AZ

Osimhen ''Beşiktaş''ın sabiq forvardına tərif yağdırdı - ''onunla məşq etmək inanılmaz idi''

Vurduğu qollarla ''Qalatasaray''ı çiynində daşımaqda davam edən Viktor Osimhen karyerasının ilk illərinə dair diqqətçəkən acıqlamalar verib.

Nigeriyalı forvard Türkiyə karyerasında 55 rəsmi oyuna 48 qol vurub və cəmi 15 aydı, klubda olmasına baxmayaraq indidən ''Qalatasaray'' tarixinin ən məhsuldar əcnəbi futbolçuları siyahısında 5-ci pillədə qərarlaşıb. ''Smallie'' adlı ''yutub'' səhifəsinin qonağı olan Osimhen bir ara ''Beşiktaş''da forma geymiş sabiq almaniyalı forvard Mario Qomes haqda maraqlı etiraflar edib:
''Ötən mövsüm mənim üçün uğurlu alındı. Yay transfer dönəmindən bu yana çox şey yaşadım. Türkiyənin ən yaxşı klubuna, eləcə də dünyanın ən böyük klublarından birinə gəlmişəm. Bu, mənim üçün çox şey ifadə edir. Başqaları məni motivasiya etmədən öncə özüm özümü motivasiya edirəm. Özümə güvənirəm. Bəzən kənardan özümə baxıb ''bütün bunları həqiqətənmi sən edirsən'' deyə sual verirəm. Məğlub olmaq mənim üçün faciəyə bərabərdi. Fərqi yoxdu, küçədə, dünya çempionatında, liqa matçında... Uşaqlığımdan bəri məğlub olmağı sevmirəm. Əlimdə olsa, hər zaman və hər şeyi qazanmaq istəyərəm. Məğlub olduğumuz gün gecə yata bilmirəm. Meydana ayağımı basan kimi sanki canavara çevrilirəm. İndiyə qədər qazandığım hər şeyə layiq olduğumu düşünürəm. Heç kim mənə heç nəyi hədiyyə verməyib. Hər şeyə özüm nail olmuşam. Böyüdüyüm yer, mühit mənim mentalitetimi formalaşdırdı. Tək istedadla nəyəsə nail olmaq mümkün deyil. Həm də üzərində çox çalışmalısan. Çox çalışdıqdan sonra bacara bilməyəcəyin şey yoxdu. Kriştiano Ronaldonun bitmək bilməyən enerjisini, istəyini hamımız görürük. Hətta 40 yaşında da qolu epizodunu qaçırdıqda və ya məğlub olduqda əsəbləşir. Bu, çox doğru mentalitetdi. Hamımız ondan örnək almalıyıq. ''Volfsburq''dakı ilk dönəmim gözlədiyim kimi keçməmişdi. Sonra komandaya Mario Qomes gəldi. Böyük bir əfsanə idi. Həmin dönəm üçün dünya futbolunun ən səviyyəli forvardlarından idi. O gəldikdən sonra klub rəhbərliyi ilə söhbət edərək qalmaq istədiyimi dedim. Çünki Qomesdən bəzi şeyləri öyrənmək istəyirdim. Məşqlərdə onu diqqətlə izləyirdim. Vurduğu inanılmaz qollar, topa toxunuşu, meydanı görmək qabiliyyəti, ofsayd çərçivəsini daim nəzarətdə saxlaması... Bütün bu özəllikləri məni sadəcə heyran edirdi. Onunla birlikdə məşq etmək mənim üçün həqiqətən inanılmaz idi''.
Seçilən
159
6
football-plus.az

6Mənbələr