Amerikalı milyarder İlon Mask Avropanı “Dördüncü Reyx” adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə X sosial media platformasında məlumat verib.
Mesajında o, bir istifadəçinin bu fikri bildirdiyi postu təkrar yerləşdirib. Musk da öz növbəsində “Böyük ölçüdə” ifadəsini əlavə edib.
Dekabrın 5-də Avropa Komissiyası rəqəmsal xidmətlər haqqında qanunu pozduğuna görə Maskın sosial şəbəkəsini 120 milyon avro məbləğində cərimələyib. Bunun ardınca Mask Avropa İttifaqının (Aİ) dağılmasını və suverenliyin ayrı-ayrı ölkələrə qaytarılmasını tələb edib. “Aİ ləğv edilməli, suverenlik ayrı-ayrı ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər”, – milyarder deyib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev amerikalı milyarderin çağırışını dəstəkləyib .