Benində bir qrup hərbçi hakimiyyəti ələ keçirdiyini elan edib.
APA-nın xəbərinə görə, dövlət telekanalında çıxış edən hərbçilər Prezident Patris Talonu devrildiyini, Hərbi Dirçəliş Komitəsiy aradıldığını, Konstitusiyanın tətbiqinin dayandırıldığını, bütün partiyaların buraxıldığını, ölkə sərhədinin bağlandığını elan ediblər.
Ancaq “jeuneafrique”, “Le Parisienne” və “rfi” nəşrləri bir qrupp hərbçinin Prezident Sarayına hücum etməyə cəhd göstərdiyini, bunun qarşısının alındığını, Prezident Patris Talonun təhlükəsiz məkanda olduğunu yazıb.
Qeyd edilib ki, bir qrup hərbçi yalnız televiziya binasını ələ keçirə bilib, hazırda Ordu nəzarəti təmin edir.