AZ

® NARGIS Nəşriyyat evinin “Winter in Azerbaijan” adlı sərgisinin rəsmi açılışı olub

Dekabrın 1-də “Winter in Azerbaijan” adlı bayram sərgisinin rəsmi açılışı olub. “Port Baku Mall”da keçirilən, sənətkarlığı, yaradıcılığı və bayram əhvali-ruhiyyəsini bir araya gətirən bu sərgi ziyarətçiləri miniatür zəncəfilli şəhərciyə dəvət edir.

Dekabrın 4-də keçirilən təntənəli açılışda qonaqlar bayram ab-havası ilə qarşılanıb. Gün ərzində Qrinç, Olaf, Şaxta baba və sehrbaz kimi sevilən obrazlar ziyarətçiləri əyləndirib, IMEC tərəfindən hazırlanan uşaq xorunun şən melodiyaları isə məkana xüsusi ovqat qatıb. “Merry Band”in canlı musiqisi bayram atmosferini daha da zənginləşdirib. Qonaqlara isti şokolad və qlütensiz peçenye təqdim edilib. Bundan əlavə, qonaqlara hədiyyə olaraq xüsusi hazırlanmış “Winter in Azerbaijan” açıqcaları və zəncəfilli peçenyelər verilib.

Bundan əlavə, NARGIS komandası “Azərbaycan Hava Yolları” QSC-yə, “Azərbaycan Dəmir Yolları” QSC-yə, “Azərpoçt” MMC-yə, “Bakı Metropoliteni” QSC-yə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, “Wolt” çatdırılma şirkətinə, “MasterCard”a, “Push30” MMC-yə, “Miniboss Business School” tədris mərkəzinə, “Medsol” MMC-yə, “Kidsberry” mağazasına, “Glodemia” tədris mərkəzinə, “İticket” MMC-yə, “The Attack” kafesinə və “a’Nanas” restoranına verdiyi dəstəyə görə minnətdarlığını bildirir.

NARGIS Nəşriyyat Evi sərginin keçirilməsi üçün məkan ayırdığına görə “Port Baku Mall” ticarət mərkəzinə dərin təşəkkürünu bildirir.

Layihənin geniş auditoriyaya çatdırılmasında dəstəyinə görə media tərəfdaşlarımıza da təşəkkür edirik. Onlar arasında televiziya kanalları – AzTV, Mədəniyyət TV, İctimai TV, Xəzər TV, ARB24 TV və Space TV; radio stansiyaları – 90 FM İctimai Radio, Xəzər Radio, Araz Radio, Asan Radio, Avto FM, Dalğa FM və Planet FM; eyni zamanda, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), onlayn platformalar – “Global Media Group”, “1news.az”, “Day.az”, “Trend.az”, “Azernews.az”, “Milli.az” və “7news.az” yer alır.

Sərgi yanvarın 15-dək açıq qalacaq. Giriş sərbəstdir.

Seçilən
28
6
azertag.az

6Mənbələr