AZ

Mövsümün finalında titul uğrunda üç pilot yarışır - Abu-Dabi Qran-Prisi

Bu gün Formula-1 mövsümünün final mərhələsi baş tutacaq.

90deqiqe.Az-ın məlumatına görə, dünya çempionluğu uğrunda “Maklaren” pilotları Lando Norris və Oskar Piastri, həmçinin “Red Bull”un hazırkı və dördqat çempionu Maks Verstappen mübarizə aparacaq.

Redaksiya oxucularını sorğuda iştirak etməyə dəvət edir: “Sizcə bu üçlükdən kim 2025-ci ilin F-1 çempionu olacaq — Norris, Piastri, yoxsa Verstappen?”

Mövsümün yekununa görə lider “Maklaren”in Norrisi — 408 xal, Ferstappen ikinci yerdə — 396 xal, Piastri isə 392 xal ilə üçüncü pillədədir.

Yarışın start sırasına görə pol mövqeyi Maks Verstappenin olacaq, ikinci yerdə Lando Norris, üçüncü yerdə Oskar Piastri start götürəcək.

Seçilən
38
90deqiqe.az

1Mənbələr