AZ

“Sumqayıt” bu legionerlə yeni müqavilə bağlayacaq

"Sumqayıt" legionerlərdən biri ilə müqavilə müddətini artırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, “kimyaçılar” Pedro Pintonu komandada saxlamaq istəyir.

Komandaya bu yay gələn portuqal müdafiəçi özünü sübut etdiyi üçün “Sumqayıt” onunla işbirliyini davam etdirmək niyyətindədir.

31 yaşlı futbolçu “Leykşoeş”, “Setubal”, “Aruka” klublarında oynamışdı. O, Azərbaycana gəlməmişdən Anqolanın "Petro Luanda" komandasının formasını geyinmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
35
bizim.media

1Mənbələr