AZ

Premyer Liqa: “Şamaxı” 3 xalı 3 qolla qazandı

BAKI, 7 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XIV turunun növbəti oyunu “Karvan-Yevlax” və “Şamaxı” komandaları arasında baş tutub.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Şirlər”dən Oruy Məmmədov (59-cu dəqiqə), Kərim Rossi (71) və Dioqo Balau (82) fərqlənib.

Bununla da “Şamaxı” xallarının sayını 17-yə çatdıraraq 7-ci pilləyə yüksəlib. “Karvan-Yevlax” 5 xalla sonuncudur.

Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.

Seçilən
151
1
teleqraf.com

2Mənbələr