Misli Premyer Liqasında 14-cü tur davam edir.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha bir oyun keçirilib.
"Karvan-Yevlax" öz meydanında "Şamaxı"nı qəbul edib. Qonaqlar səfərdə darmadağın reallaşdırıblar. Üç xalı 3 cavabsız qolla qazanan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda turnir cədvəlində "İmişli" və "Neftçi"ni geridə qoyaraq 7-ci yerə yüksəlib.
Qeyd edək ki, ötən gün keçirilən açılış oyununda "Zirə" ilə "Qarabağ" hərəyə 1 qol vurub 1 xalla kifayətləniblər (1:1). Turun qalan oyunları bazar ertəsi və çərşənbə axşamı reallaşacaq.
Misli Premyer Liqası
14-cü tur
7 dekabr
"Karvan-Yevlax" – "Şamaxı" 0:3
Qollar: Oruc Məmmədov, 59. Karim Rossi, 70. Dioqo Balau, 82.
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov, Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 99. Pedro Mateuş, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 8. Peter Kings, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.
"Şamaxı": 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev,
24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Məşqçi: Elnur Çodarov.