"Tayland-Kamboca sərhədində baş verən atışmada iki Tailand əsgəri yaralanıb".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tailand Ordusunun İkinci Hərbi Bölgəsindən bildirilib.
Qeyd edilib ki, Kamboca qüvvələri atıcı silahlardan atəş açdıqdan sonra Tailand qoşunları ilə bu ölkənin hərbçiləri arasında toqquşma baş verib. İkinci Ordu Bölgəsinin komandanı bütün bölmələrin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib.
"Tailand tərəfində iki yaralı var. Tailand qüvvələri döyüş qaydalarına uyğun olaraq proporsional olaraq atəş açıb. Toqquşma dayandırılıb, lakin bölmələr tam hazırlıq vəziyyətindədir və bölgənin təhlükəsizliyini təmin etməyə davam edəcək", - deyə məlumatda bildirilir.
"Mövcud qeyri-müəyyənlik və toqquşmaların artması ehtimalı ilə əlaqədar olaraq, dörd əyalətdə - Buriram, Surin, Sisaket və Ubon Ratçathanidə sərhədyanı ərazilərin sakinlərinə təhlükəsizlikləri üçün mülki evakuasiya planına uyğun olaraq təyin edilmiş sığınacaqlara təxliyyə edilmələri tövsiyə olunur", - Tailand ordusu vurğulayıb.