AZ

Makron Çini hədələyib

Fransa prezidenti Emmanuel Makron Çin və Aİ arasında ticarət kəsiri səbəbindən Çini Avropa İttifaqından tariflərlə hədələyib.

NOCOMMENT.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir.

Agentliyin məlumatına görə, Fransa lideri Çinə deyib ki, əgər onlar problemin həlli üçün tədbir görməsələr, avropalılar ABŞ-dan nümunə götürərək yaxın aylarda sərt tədbirlər görməyə və əməkdaşlığı dayandırmağa məcbur olacaqlar. “Məsələn, Çin mallarına rüsumların tətbiqi”, – o bildirib. Bundan başqa, Makron bu məsələni Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə müzakirə etdiyini bildirib . Fransa lideri həmçinin Çinlə ticarət mübahisəsinin sülh yolu ilə həllinin mümkünlüyünə inandığını bildirib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makronun Çin prezidenti Si Cinpinlə görüşü zamanı mövcud dünya düzəninin dağılması riski barədə xəbərdarlıq etdiyi bildirilib.

Seçilən
147
nocomment.az

1Mənbələr