AZ

Bu Avropa ölkəsi əhalisini məhdudlaşdırmaq istəyir

İsveçrə sakinlərinin demək olar ki, yarısı (48 faiz) ölkə əhalisinin 10 milyon nəfərlə məhdudlaşdırılması təklifini dəstəkləyib.

NOCOMMENT.az bildirir ki, bu barədə Bloomberg xəbər verir.

Təklifi təqdim edən sağçı Xalq Partiyasının nümayəndələri immiqrasiyaya qarşıdırlar. Onlar iddia edirlər ki, əhalinin həddindən artıq artımı mənzil, nəqliyyat və ictimai xidmətlərə böyük təsir göstərir.

Təşəbbüsü dəstəkləyənlər məhdudiyyətlərin tətbiqinə dəstək üçün 100 min imza topladıqlarını da qeyd ediblər.

İsveçrə səlahiyyətliləri daha əvvəl ABŞ Prezidenti Donald Trampın tarifləri daha da aşağı salacağı təqdirdə əlavə güzəştlərə getməyə hazır olduqlarını bildirmişdilər. Bununla belə, İsveçrədən istənilən güzəştlər onun kənd təsərrüfatı siyasətinə uyğun olmalıdır, nəşr qeyd edir.

Seçilən
67
nocomment.az

1Mənbələr