AZ

Avtoyuma məntəqəsi və un məmulatı sexindən oğurluq edən şəxslər saxlandı


Abşeron rayonu ərazisində bir nəfər polisə müraciət edərək çalışdığı un məmulatı sexindən 1150 manat dəyərində mobil telefonunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən O.İgdaliyev və V.Əliyev müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində yerləşən avtoyuma məntəqəsindən 300 manat pul oğurlamaqda şübhəli bilinən 30 yaşlı Ş.Salmanov və D.Rəsulov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla məlum olub ki, D.Rəsulov digər bir obyektdən 1200 manat dəyərində elektrik avadanlığı da oğurlayıb.

Araşdırmalar aparılır.

ZÜMRÜD

Seçilən
35
10
baki-xeber.com

10Mənbələr