AZ

Beyləqan qəzasında xəsarət alanlar Bakıya göndərildi

6 dekabr tarixində Beyləqan rayon ərazisində baş vermiş yol qəzasında xəsarət alanlar Bakıya göndərilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Beyləqandakı qəzada ölən və yaralananların kimliyi BİLİNDİ


Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, qəza zamanı xəsarət alan sürücü 1968-ci il təvəllüdlü Namazəliyev Rövşən Bəylər oğlu və avtomobildə olan sərnişin 1972-ci il təvəllüdlü Məmmədov Hafiz Ataxan oğlu paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, ötən gün baş verən qəza zamanı avtomobildə olan sərnişin Nizami Məmmədov isə hadisə yerindən həyatını itirib.

Bizim.Media

Seçilən
95
bizim.media

1Mənbələr