AZ

Yol qəzaları 6 nəfəri ölümünə səbəb olub, yaralılar varVİDEO

İdarəetmədən çıxan maşın kanala aşıb. İçərisində olanlar boğularaq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində baş verib.

22 yaşlı Vasif Həsənlinin idarə etdiyi  minik avtomobili sərt döngədə idarəetməni itirərək, yolun kənarından keçən su kanalına aşıb. Qəza nəticəsində minik avtomobilində sərnişin qismində olanlar 24 yaşlı Rusif Həsənli, 35 yaşlı İldırım Həsənli, 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əliqardaş Rəsulzadə hadisə yerində ölüblər.

Sürücü xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qəzada ölənlərdən sürücü və Rusif Həsənli qardaş, İldırım Həsənli əmioğlu və digər iki sərnişin dost olublar.

Beyləqanda isə avtomobil aşıb.

Yol-nəqliyyat hadisəsi rayon ərazisində baş verib. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.  Qəza zamanı 1 nəfərin həyatını itirdiyi, 2 nəfərin isə yaralandığı bildirilir.

Faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
37
1
xezerxeber.az

2Mənbələr