AZ

Dəməşqdə partlayış baş verdi

Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili yardım maşını göndərilib.

İlkin məlumatlara görə, xəsarət alan və ya ölən olmayıb.

Hadisə Dəməşqin ən işlək ərazilərindən biri olan və Əməvi Meydanına yaxın ərazidə yerləşən Şükri Qutubli Bulvarındakı parkın yaxınlığına yerləşdirilən bombanın partladılması nəticəsində baş verib.

Hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Dəməşqdəki Əməvi Meydanında devrilmiş Əsəd rejiminin süqutunun ildönümü münasibətilə keçiriləcək şənliyə hazırlıq işləri aparılırdı.

Seçilən
16
1
bakivaxti.az

2Mənbələr