AZ

Hamı pulları istəyir, amma... Peskov

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropada dondurulan Rusiya aktivlərinin mümkün müsadirəsinə görə hüquqi riskləri heç kim bölüşmək istəmir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Belçika aktivlərin müsadirəsi halında həm dövlət, həm də fərdi hüquqi məsuliyyətin ölkənin üzərinə düşəcəyindən narahatdır:

“Heç kim Belçika ilə məsuliyyəti bölüşmək istəmir. Amma pulları çox istəyirlər”.

Qeyd edək ki, Avropada dondurulmuş 210 milyard avronun təxminən 185 milyardı Belçika yurisdiksiyasında fəaliyyət göstərən "Euroclear" depozitar sistemində saxlanılır. Buna görə rəsmi Brüssel bu addımın əsas riskini daşıya biləcəyindən ehtiyatlanır.

"Euroclear" rəhbəri Valeri Urben də Avropa Komissiyasının planını saxta adlandırıb və risklərin həm Belçika, həm də qlobal maliyyə sistemi üçün ağır nəticələr doğura biləcəyini bildirib. O, plan qəbul olunsa, məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
axar.az

2Mənbələr