AZ

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Ankara, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Ankarada Xarici İşlər Nazirliyi Mənsublarının Həyat Yoldaşlarının Həmrəylik Dərnəyi (DMEDD) tərəfindən ənənəvi xeyriyyə yarmarkası (Kermes) keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Türkiyədəki Azərbaycan səfirliyi və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan stendində ölkəmizin mədəni zənginliyi, milli yeməkləri və şirniyyatları təqdim olunub.

Tədbirdə Türkiyədə fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri fəal iştirak edərək ölkələrinin milli stendlərini nümayiş etdirib, milli mədəniyyətləri və mətbəxləri barədə təqdimatlar keçiriblər.

Festivalın bədii proqramında Türkiyənin və digər ölkələrin musiqi, rəqs qrupları çıxış ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” rəqs qrupu mədəni proqram çərçivəsində milli rəqslərimizi nümayiş etdirib.

Yarmarkadan əldə edilən ianələr təhsil təqaüdlərinə və sosial yardım layihələrinə sərf olunacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
23
1
azertag.az

2Mənbələr