Lənkərandan Masallı və Yardımlıya gedən qısa yolun asfalt örtüyü dağılaraq yararsız vəziyyətə düşüb. Bu hal daha çox Lənkəran rayonunun Girdəni-Viravul kəndləri arasında müşahidə olunur.
Xezerxeber.az-ın məlumatına görə, yolun bir hissəsində dərinliyi təqribən 10-15 sm olan çalalar əmələ gəlib.
Sürücülər deyirlər ki, həmin çalalara düşməmək üçün düz xətti tapdalayıb, əks yola çıxmağa məcbur olurlar. Yolun pis vəziyyətdə olması avtomobilləri də sıradan çıxarır.
Məsələ ilə bağlı ərazi üzrə yol-istismar idarəsindən bildirildi ki, payız-qış fəslində asfalt-beton zavodlar işləmir. Buna görə də sözügedən yolda yaranan çalaların qısa müddətdə hopdurma üsulu ilə daxili imkanlar hesabına doldurulması həyata keçiriləcək.
O da bildirildi ki, Lənkəran rayonu üçün 40 km yol investisiya proqramına salınıb. Vəsait ayrılan kimi yolların əsaslı təmiri işlərinə başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.