AZ

Qəzzada ölənlərin sayı 70.360 nəfərə çatıb

"Son 24 saat ərzində biri dağıntılar altından çıxarılan altı fələstinlinin cəsədi aşkarlanıb. 17 yaralı isə xəstəxanalara yerləşdirilib".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, atəşkəs qüvvəyə minəndən bəri 373 nəfər həlak olub, 970 nəfər yaralanıb və dağıntılar altından 624 cəsəd çıxarılıb.

Beləcə, İsrailin 2023-cü ilin oktyabr ayında başlayan Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 70.360 nəfərə, yaralananların sayı isə 171.047 nəfərə çatıb.

Seçilən
31
bakivaxti.az

1Mənbələr