AZ

NATO-nun Norveçdəki bazası bağlandı

NATO-nun Norveçin şimalındakı Andoya adasındakı aviabazasının komandiri texniki problemlərlə əlaqədar obyekti müvəqqəti bağlamaq qərarına gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Forsvarets forum" nəşri məlumat verib.

Komandir polkovnik-leytenant Oystein Dahlbergin sözlərinə görə, əsas səbəb uçuş-enmə zolağının vəziyyətidir. Uçuş-enmə zolağının məhdudlaşdırılması bazadan NATO-nun əsas təlimləri zamanı istifadə edilməsinə mane olur və bir çox digər müttəfiq fəaliyyətləri də qeyri-mümkündür.

"Beton səthindəki çatlar və torpaq eroziyası uçuşları qeyri-mümkün etdi", - Dahlberg deyib.

Komandir uçuş-enmə zolağının vəziyyətinin gözləniləndən daha pis olduğu qənaətinə gəlib və bu, bazanın bağlanmasında həlledici amil olub./Musavat.com


Telegram kanalımız
Seçilən
72
3
yenisabah.az

4Mənbələr