AZ

İtaliya A Seriyası: “Roma” azlıqda “Kalyari”yə uduzdu

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İtsaliya A seriyasının 14-cü turunda “Roma” səfərdə “Kalyari”yə 0:1 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın yeganə qolunu 82-ci dəqiqədə yarımmüdafiəçi Canluka Qaetano vurub.

Roma təmsilçisi 52-ci dəqiqədən etibarən müdafiəçi Zeki Çelikin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra oyunu on nəfərlə davam etdirib.

Bu nəticə “Roma” üçün çempionatda ardıcıl ikinci məğlubiyyət olub. Canpyero Qasperininin komandası 27 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

“Kalyari” isə doqquz oyundan ibarət qələbəsizlik seriyasına (5 məğlubiyyət, 4 heç-heçə) son qoyub. Komanda 14 xala yüksələrək 14-cü yerə qalxıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
1
icma.az

2Mənbələr