AZ

Afət Həsənova Estoniyada yüksək səviyyəli görüşlər keçirdi - FOTO

Milli Məclisin deputatı Afət Həsənova Estoniyada bir sıra rəsmi görüşlər keçirib.

Redaktor.az xəbər verir ki, səfər çərçivəsində o, Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə birlikdə Estoniya parlamentində (Riiqikoqu) müxtəlif komitə və qurumların təmsilçiləri ilə görüşlərdə iştirak edib.

Görüşlər zamanı vitse-spiker Arvo Aller, Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Riina Solman, Xarici əlaqələr komitəsinin sədri Marko Mihkelson, spikerin müşaviri və Avropa Parlamentinin keçmiş üzvü İndrek Tarand, həmçinin digər parlamentarilərlə parlamentlərarası əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Səfər çərçivəsində Estoniya Xarici İşlər Nazirliyində də görüşlər keçirilib. Nazirliyin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru Erika Ellamaa-Ots və digər rəsmilərlə aparılan müzakirələrdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi və müxtəlif sahələr üzrə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi bildirilib.

222222222
Seçilən
55
2
redaktor.az

3Mənbələr