AZ

Makron, Starmer və Merz sabah Ukrayna ABŞ danışıqlarını müzakirə edəcəklər

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Avropalılar şübhəsiz ki, bizim birgə hazırladığımız ədalətli və davamlı həllin əsas dayağı olacaqlar”

Böyük Britaniyanın Baş naziri Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz sabah Amerika və Ukrayna nümayəndələri arasında Mayami danışıqlarının nəticələrini nəzərə alaraq Ukrayna münaqişəsinin həlli üçün "səyləri əlaqələndirmək" məqsədilə Londonda görüşməyi planlaşdırırlar.

AYNA.AZ xəbər verir ki, bu barədə Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra sosial media platforması “X”da yazıb: "Ukraynalılar və amerikalılar arasında son müzakirələr fonunda bazar ertəsi günü Londonda Baş nazir Keir Starmer və kansler Fridrix Merz ilə koordinasiyamızı davam etdirəcəyik".

Fransa prezidenti Zelenskiyə Ukrayna ilə bağlı beynəlxalq səviyyədə, xüsusən də Çində apardığı müzakirələr barədə məlumat verdiyini bildirib.

"Fransa gərginliyin azaldılması tədbirlərini və atəşkəsin təmin edilməsi üçün bütün tərəfdaşlarla əməkdaşlıq etməyə qərarlıdır. Avropalılar şübhəsiz ki, bizim birgə hazırladığımız ədalətli və davamlı həllin əsas dayağı olacaqlar", Makron vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
ayna.az

1Mənbələr