AZ

“1 il 8 ay işsiz qaldım, süründüm” Mikayıl Güləddinoğlu

Yenisabah saytına istinadən ain.az xəbər verir.

"Hər yerdə mənə irad bildirirdilər ki, Mikayıl pisdir. Amma bütün günü də məni məclislərə çağırırdılar. Düşünürdüm ki, sevmirlərsə, necə çağırırlar? Bir aranjemançı mənə rəy yazırdı ki, ar olsun Mikayıla, belə edir... Dayanmadan yazırdı. Həmin adamın nömrəsini tapdım. Başqa adla buna yazdım. Guya adım Mehdidir, gənc müğənniyəm, sənətə gəlmək istəyirəm. Hansı janrdan danışırdısa, ondan danışırdım. Bu, Mehdiyə vuruldu və evinə dəvət etdi. Dedi ki, nə qədər istedadlısan".

Bu sözləri aparıcı Mikayıl Güləddinoğlu "Həftənin qonağı" proqramında deyib.

O, başına gələn hadisəni bölüşüb. Mikayıl bildirib ki, verilişlərinə görə onu tənqid edən bir tamaşaçını tapıb və evinə gedib:

"Deyir, çıx Nanə Ağamalıyevanın verilişinə. Qayıtdım ki, Mikayılın verilişinə çıxım. Başladı ki, rəd elə onu. Getdim evinə, dedim, mən Mikayıl sənlə danışırdım. Utanmırsan, mən sənə nə edirəm? Qeyri-etik hərəkət etmirəm axı. Verilişdə mənə deyirdilər ki, oyna. Yeri gəldi, gəlmədi deyirdilər oyna. Tamaşaçıya izah edə bilmirdim ki, oynamıram, oynadırlar. Heç bir qohumumun toyunda oynamıram. Sonra imicimi bərpa etmək çox vaxtımı aldı.

Bir müddət sonra verilişin adını dəyişdim və "Sevimli mahnı" etdim. Bəstəkar mahnıları səsləndirdik. 13 sponsorumun 13-ü də getdi. Dedilər ki, korladın verilişi, nə oyun çıxardırsan? Dedim, bəs bunu istəmirdiniz? O pis rəy yazanlar hanı? Ondan sonra veriliş bağlandı. 1 il 8 ay işsiz qaldım, süründüm. Layihə rəhbərləri adımdan hara gedirdi, deyirdilər yox. Deyirdim, nə etmişəm bunlara?" /Axşam.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
yenisabah.az

4Mənbələr