AZ

Yeni müqavilə rəsmiləşdi

“Lill”də gözlənilən müqavilə rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, Fransa klubu gənc yarımmüdafiəçisi Ayub Buhaddi ilə müqaviləni yeniləyib. Tərəflər arasındakı müqavilənin müddəti 2029-cu ilin yayına qədər uzadılıb.

Xatırladaq ki, 18 yaşlı futbolçunun adı “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və “Real” kimi nəhəng klublarla birgə hallanırdı.

Cari mövsümdə bütün turnirlərdə 18 oyunda meydana çıxan Buhaddi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
118
1
football-plus.az

2Mənbələr