Cüdo üzrə ölkə çempionatı başa çatıb və turnirin son günündə Bakı İdman Sarayında komanda yarışları keçirilib.
"Football-plus.az" xəbər verir ki, qadınlar arasında keçirilən mübarizədə çempionluğa Şuşa UGİM yiyələnib. “Umbayev Sport Club” gümüş medalla kifayətlənib, bürünc mükafat isə “Neftçi” İdman Klubunun birinci komandasına qismət olub. Kişilər arasında isə “Kanokan-TT” PCİK Azərbaycan çempionu adını qazanıb. “Azəri-Cüdo” İKİB ikinci yeri tutub, “Sərhədçi” İM və “Atilla” İK komandaları isə üçüncü yeri bölüşüblər.
Beləliklə, ölkə çempionatı gərgin və maraqlı mübarizə şəraitində yekunlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta