AZ

“Barselona” La Liqada tarixi seriyanı uzatdı

"Barselona" La Liqanın növbəti turunda "Betis" üzərində inamlı qələbə qazanıb və rəqibinin qapısından beş top keçirib.

90deqiqe.Az-ın məlumatına görə, bu qarşılaşma Kataloniya klubunun ardıcıl 36-cı La Liqa oyunudur ki, komanda qol vurmağı bacarıb.

Son dəfə “Barselona”nın qolsuz qaldığı matç 2024-cü ilin 15 dekabrında “Leqanes”ə 0:1 hesabı ilə gözlənilməz məğlubiyyət idi. Həmin görüşdən sonra komanda hər matçda ən az bir dəfə fərqlənib.

“Barselona”nun klub rekordunu təkrarlamasına cəmi bir oyun qalıb. Söhbət 2018-ci ilin fevralından 2019-cu ilin fevralınadək Ernesto Valverdenin rəhbərliyi altında 37 matç ardıcıl qol vurulan dövrdən gedir.

Seçilən
32
90deqiqe.az

1Mənbələr