“Bavariya” rəhbərliyi “Borussiya”nın (Dortmund) futbolçusu Niko Şlotterbeki transfer edəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın idman direktoru Kristof Froynd müdafiəçinin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Klub rəsmisi 26 yaşlı futbolçunun potensialını yüksək qiymətləndirsə də, hazırkı heyətdən razı olduqlarını deyib. Beləliklə, Münhen klubunun futbolçunu transfer etmək planının olmadığı müəyyənləşib.
Cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxan Şlotterbek 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta