Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 13-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Hamburq” – “Verder” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Dortmund “Borussiya”sı da “Hoffenhaym”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Beləliklə, geridə qalmış 13 turdan sonra 37 xala malik “Bayern” vahid liderdir. “Leypsiq” 29 xalla ikinci, Dortmund “Borussiya”sı 28 xalla üçüncü pillədə qərarlaşıb. “Bayer” və “Hoffenhaym”ın 23, “Ştutqart”ın 22, “Ayntraxt”ın 21 xalı var.
Almaniya, Bundesliqa
13-cü tur
5 dekabr
Maynts – Borussiya (Mönhenqladbax) 0:1
Qol: Da Kosta, 58-öz qapısına.
6 dekabr
Auqsubrq – Bayer 2:0
Qol: Yannulis, 6. Kade, 28.
Köln – Sankt Pauli 1:1
Qollar: El Mala, 51 – R.Cons, 90+4.
Haydenhaym – Frayburq 2:1
Qollar: Mainka, 59. Şimmer, 90+4 – Manzambi, 40.
Ştutqart – Bayern 0:5
Qollar: Laymer, 11. Keyn, 66; 82-pen; 88. Stanişiç, 78.
Volfsburq – Union Berlin 3:1
Qollar: Vimmer, 10. Amura, 30. Mayer, 59.
Leypsiq – Ayntraxt 6:0
Qollar: Harder, 5. Baumqartner, 31. Diomande, 47; 55; 65. Raum, 62-pen.
7 dekabr
Hamburq – Verder 3:2
Qollar: Lokonqa, 63. Vuşkoviç, 75. Poulsen, 84 – Stage, 45. Njinma, 78.
Borussiya (Dortmund) – Hoffenhaym 2:0
Qollar: Brandt, 43. Şlotterbek, 60.
