AZ

Gürcüstan yük maşınları üçün yolu bağlandı

Gürcüstan Hərbi Yolunun bir hissəsində yük maşınlarının hərəkəti dayandırılıb.

"Unikal" xəbər verir ki, qərar Vladikavkaz-Lars hissəsində hər iki istiqamətdə əlavə bildiriş verilənə qədər qüvvədədir. Fövqəladə Hallar Nazirliyi izah edib ki, Gürcüstanda hava şəraiti pisləşib və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək mümkün olmayıb.

Gürcüstan Hərbi Yolu Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Hava şəraitinə görə hakimiyyət orqanları təhlükəsizlik səbəbi ilə tez-tez yolu bağlayır.

Seçilən
90
1
unikal.az

2Mənbələr