AZ

Hindistan Mərkəzi Bankı faiz qərarını açıqlayıb

ain.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistanın Ehtiyat Bankı inflyasiyanın tarixi minimuma çatmasından sonra uçot dərəcəsini 25 baza bəndi aşağı salıb.

Banco.az xəbər verir ki, Hindistan Mərkəzi Bankı (RBI) inflyasiyanın bütün zamanların ən aşağı səviyyəsinə enməsinin ardından altı ay sonra ilk dəfə əsas faiz dərəcəsini azaldaraq, yüksək ABŞ gömrük rüsumları ilə üzləşən iqtisadiyyata dəstək verib.

Sanjay Malxotranın rəhbərlik etdiyi altı nəfərlik Pul Siyasəti Komitəsi yekdilliklə repurchase (repo) faizini 25 baza bəndi azaldaraq 5,25 faiz səviyyəsinə endirib və siyasət mövqeyini “neytral” olaraq saxlayıb. Qərardan əvvəl rupi dollar qarşısında 90 səviyyəsini aşaraq rekord dərəcədə dəyər itirmiş, bu il Asiyanın ən pis nəticə göstərən valyutası olmuşdu; buna baxmayaraq, iqtisadçıların böyük qismi faiz endirimi gözləntilərini davam etdirirdi.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Sədrl Malxotra bildirib ki, aşağı inflyasiya və güclü iqtisadi artımın bir araya gəlməsi Hindistanı nadir rast gəlinən bir “Goldilocks dövrünə” — nə çox isti, nə çox soyuq, tam balanslı iqtisadi mühitə daxil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
1
banco.az

2Mənbələr