AZ

Netan­yahu və Bler Qəzza üçün gizli plan

İsrail Baş naziri Binyamin Netan­yahu təxminən bir həftə əvvəl keçmiş Böyük Britaniya Baş naziri Toni Bler ilə qeyri-rəsmi görüş keçirib.

Musavat.com xəbər verir ki, görüşün əsas mövzusu ABŞ administrasiyasının müharibədən sonra Qəzza sektorunun idarə olunması üçün hazırladığı plan olub.

Məlumata görə, Bler ABŞ lideri Donald Trampın müşaviri Jared Kuşner ilə birgə müvəqqəti Fələstin idarəçiliyi orqanı yaratmaq üzərində işləyir. Bu orqan müharibədən sonra Qəzza sektorunda hazırkı hakimiyyət — Hamas — əvəzinə keçəcək.

Mənbə Kan kanalının iddialarını təkzib edib və  görüş zamanı Bler Fələstin Administrasiyasının tədricən Qəzza sektoruna qaytarılması planını irəli sürməyib.

Seçilən
47
2
paytaxt.org

3Mənbələr