AZ

Rusiya ABŞ-ni Venesuela ilə tammiqyaslı qarşıdurmaya yuvarlanmamağa çağırıb

Rybkov: Karakasla çiyin-çiyinə dayanmışıq və Vaşinqtonu gərginliyi artırmamağa səsləyirik...

Poliqon xəbər verir ki, Rusiya ABŞ administrasiyasını Venesuela ilə qarşıdurmanı dərinləşdirməməyə çağırıb. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Rybkov TASS Agentliyinə açıqlamasında bildirib. Rusiya XİN rəsmisinin sözlərinə görə, Moskva regionda baş verənləri “böyük həyəcan və narahatlıqla” izləyir, çünki gərginlik azalmır, əksinə artır.

Rybkov vurğulayıb ki, hazırkı proseslərin kökündə ABŞ-ın “regionda mütləq hegemonluq yaratmaq istəyi” dayanır və bu, Donald Tramp administrasiyasının “siyasi imzası” hesab olunur. Diplomat qeyd edib ki, Venesuela ətrafında yaradılan təzyiq və hədə qorxular regional sabitliyə ciddi təhlükə yaradır.

“Biz Venesuelaya həmrəy olduğumuzu göstəririk, yaxınlarda strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb. Biz bir çox beynəlxalq platformalarda Karakası dəstəkləyirik və Venesuela da bizi dəstəkləyir. Bu ağır sınaq saatında biz Venesuela rəhbərliyi ilə çiyin-çiyinə dayanmışıq”, deyə nazir müavini bildirib.

Rusiya rəsmisi Vaşinqtonu bölgədə hərbi-siyasi eskalasiyaya yol verməməyə çağıraraq ümid etdiklərini bildirib ki, Tramp administrasiyası “tammiqyaslı münaqişəyə doğru sürüşməyəcək”.

Moskva, Rəybkovun sözlərinə görə, ABŞ-ın Venesuela ilə münasibətlərdə dialoqa üstünlük verəcəyinə, Karakasın suverenliyinə hörmətlə yanaşacağına ümid edir.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr