ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Macarıstanın Baş naziri Viktor Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək.
525.az xəbər verir ki, bu barədə Türkiyə prezidentin kommunikasiya direktoru Burhanəddin Duran bildirib.
O, sosial media hesabında etdiyi paylaşımda Orban və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyətinin Türkiyə ilə Macarıstan arasında keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci Toplantısı üçün Türkiyəyə səfər edəcəklərini açıqlayıb.
Onun sözlərinə görə, əlaqələrin bütün aspektlərinin genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsində qiymətləndiriləcəyi səfər çərçivəsində aktual regional və qlobal problemlər ətrafında da hərtərəfli fikir mübadiləsi aparılacaq.
Həmçinin ikitərəfli münasibətlərin müqavilə bazasının möhkəmləndirilməsinə yönəlmiş müxtəlif sazişlər nəzərdə tutulur.
İbrahim Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.