"Paleontoloqlar Çinin cənub-qərbində təxminən 200 milyon il əvvələ aid dinozavrların ayaq izlərini aşkar ediblər".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "China Daily" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, alimlər Sıçuan əyalətində qaya divarında 20-dən çox dinozavr ayaq izi aşkar ediblər. Qəzet qeyd edir ki, ekspertlər bu kəşfin dinozavrların təxminən 200 milyon il əvvəlki təkamülünə işıq sala biləcəyinə inanırlar.
Ayaq izlərinin həqiqiliyi Pekindəki Çin Yer Elmləri Universitetinin dosentinin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən təsdiqlənib: "Bu kəşfi xüsusilə dəyərli edən odur ki, ən azı dörd fosil təbəqəsinin ayaq izlərini qoruyub saxlaması dinozavrların burada uzun müddət yaşadıqlarını göstərir".
Tədqiqatçılar həmçinin tapıntıların yaxınlığında daşlaşmış ağac parçaları tapıblar və bu onlara təxminən 200 milyon il əvvəl yerli ekosistemin təbiəti haqqında əlavə məlumat verib.