AZ

Məktəbdə DƏHŞƏT: Kəndir qırıldı, şagirdin onurğası 8 yerdən SINDI – FOTOLAR

Sankt-Peterburqda bədən tərbiyəsi dərsində 12 yaşlı üzgüçü 3 metrdən yıxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məktəb əvvəlcə kompensasiya söz versə də, sonradan “günahkar yoxdur” deyərək ödənişdən imtina edib.

Hadisə Sankt-Peterburqda baş verib. 12 yaşlı üzgüçü bədən tərbiyəsi dərsi zamanı kəndirin qırılması nəticəsində 3 metr hündürlükdən yıxılıb. Nəticədə azyaşlı ağır xəsarət alıb – onun onurğasında səkkiz sınıq aşkarlanıb.

Əvvəlcə lisey rəhbərliyi tikinti şirkətinin kompensasiya ödəyəcəyini bildirsə də, sonradan ailəyə fərqli cavab verilib.

Məktəbdən bildiriblər ki, “günahkar tapılmayıb” və buna görə də heç kim ödəniş etməyəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr