AZ

“Napoli” doğma meydanda “Yuventus”u məğlub etdi

İtaliya A Seriyasının 14-cü turunda “Napoli” öz meydanında “Yuventus”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə,  “Dieqo Armando Maradona” stadionunda keçirilən qarşılaşmada neapollular 2:1 hesabı ilə qalib gəliblər. 

Matçın hesabı artıq 7-ci dəqiqədə açılıb — Rasmus Hoylund “Napoli”ni önə keçirib. 59-cu dəqiqədə qonaqların hücumçusu Kenan Yıldız tarazlığı bərpa edib. 78-ci dəqiqədə isə Hoylund yenidən səhnəyə çıxaraq dubla imza atıb və matçın yekun nəticəsini müəyyənləşdirib.

Antonio Kontenin çalışdırdığı komanda 31 xalla turnir cədvəlinə başçılıq edir. “Yuventus” isə 23 xal toplayaraq 7-ci pillədə qərarlaşıb.

Seçilən
71
90deqiqe.az

1Mənbələr