Bakı. Trend:
İspaniya La Liqasının 15-ci turu "Real Madrid" üçün uğursuzalınıb.
Trend xəbər verirki, kral klubu öz meydanında "Selta"nı qəbul edib.
Paytaxt təmsilçisi qarşılaşmanı 9 nəfərlə tamamlayıb vəqapısından iki qol buraxıb – 0:2.
Bu məğlubiyyətdən sonra Xabi Alonsonun komandası ilə turnircədvəlinin lideri "Barselona" arasındakı xal fərqi 4-ə yüksəlib.Hazırda madridlilərin aktivində 36 xal var. "Selta" isə 19 xallayarış cədvəlinin ilk onluğunu tamamlayır.