AZ

Meksikada polisə hücum nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Bakı, 8 dekabr, AZƏRTAC

Meksikanın Miçoakan ştatının Koahuayana bələdiyyəsində polis idarəsinin qarşısında bomba yüklü avtomobilin partladılması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkə prokurorluğunun açıqlamasında bildirilir.

Açıqlamada deyilir: “Partlayış nəticəsində hadisə yerində iki nəfərin qalıqları tapılıb. Hadisə zamanı yaralanan səkkiz polis əməkdaşı xəstəxanaya aparılıb, onlardan üçünün orada vəfat etdiyi təsdiqlənib”.

Ştat baş prokurorluğu hadisənin araşdırılması prosesinin federal qurumlarla birgə davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, şənbə günü Koahuayanada polis qərargahının girişində bomba yüklü avtomobilin saxlandığı ərazidə güclü partlayış baş verib. Partlayış yanğına səbəb olub, yaxınlıqdakı binalara və avtomobillərə ciddi ziyan dəyib. Məlumata görə, avtomobil tamamilə məhv olduğu üçün onun markasını müəyyənləşdirmək mümkün olmayıb.

Seçilən
119
2
azertag.az

3Mənbələr