Bakı. Trend:
Miçoakan ştatının Koauayana bələdiyyəsində polis bölməsinə şənbəgünü həyata keçirilən bomba hücumu nəticəsində ölənlərin sayı beşəyüksəlib.
Trend xəbər verirki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.
Prokurorluğun açıqlamasında bildirilib ki, partlayışda məhv olanbir SUV avtomobili hadisə yerində iki nəfərin cəsədi ilə birlikdətapılıb. Hücum nəticəsində səkkiz polis əməkdaşı da yaralanıb.Onlar xəstəxanaya yerləşdirilib və sonradan onlardan üçünün tibbiyardım göstərilərkən öldüyü təsdiqlənib.
Qurum əlavə edib ki, hadisəni araşdırmaq məqsədilə prokurorluqəməkdaşları, həmçinin milli müdafiə, dəniz qüvvələri, ictimaitəhlükəsizlik və mülki müdafiə nazirliklərinin nümayəndələriəraziyə ezam olunub.
Ştat Baş Prokurorluğu hadisənin araşdırılması ilə bağlı federalqurumlarla əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.