İsveçrə sakinlərinin 48 faizi əhali limitinin 10 milyon nəfər olaraq müəyyən edilməsini istəyir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" "Tamedia/20 Minuten" sorğusuna istinadən yazıb.
Bildirilir ki, ölkə sakinlərinin təxminən yarısı sağçı Xalq Partiyasının irəli sürdüyü əhalinin sayını 10 milyonla məhdudlaşdırmaq təklifini dəstəkləyib.
Partiya nümayəndələri immiqrasiyaya qarşı çıxır və həddindən artıq əhali artımının mənzil, nəqliyyat və kommunal xidmətlərlə bağlı problemlərə səbəb olduğunu iddia edirlər.
Belə bir qərar sərbəst hərəkət razılaşması da daxil olmaqla, Aİ ilə əsas müqavilələrin yenidən müzakirəsini tələb edir.